Fülya Öztürk “YAŞAT”a dəstək oldu - VİDEO

Fülya Öztürk “YAŞAT”a dəstək oldu - VİDEO

Hazırda oxunan: Fülya Öztürk “YAŞAT”a dəstək oldu - VİDEO

22404

Türkiyəli jurnalist, “CNN Türk” telekanalının müxbiri Fülya Öztürk  “YAŞAT” marafonuna dəstəyini ifadə edib.

Bizim.Media xəbər verir ki, bu barədə o Azərbaycan Televiziyasında efirə gedən fondun xeyriyyə marafonunda deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“YAŞAT” marafonu sona çatdı - VİDEO


Türkiyəli jurnalist hər kəsi bu aksiyaya qoşulmağa dəvət edib. O, Vətən müharibəsində Ermənistanın Azərbaycana qarşı etdiyi vəhşiliklərin, qətliamın şahidi olduğunu bir daha diqqətə çatdırıb: 

“Qarabağda qətliama, Ermənistanın etdiyi zülümlərə şahidlik etmiş biri olaraq sizə səslənirəm. Ən önəmlisi Azərbaycan əsgərinin mücadiləsini, böyük Zəfər üçün apardıqları ağır mübarizəni gözlərimlə gördüyüm üçün sizə səslənirəm!

Hər kəsin bu marafona dəstək olsun.  Əsgərləri, qaziləri və şəhid ailələrini unutmamalıyıq. YAŞAT marafonuna dəstəyinizi gözləyirəm”,-deyə o qeyd edib.

Qeyd edək ki, F. Öztürk  44 günlük Vətən müharibəsində  Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO