Şahdağ Milli Parkına ilk qar yağdı – FOTO/VİDEO

Şahdağ Milli Parkına ilk qar yağdı – FOTO/VİDEO

Hazırda oxunan: Şahdağ Milli Parkına ilk qar yağdı – FOTO/VİDEO

223301

Şahdağ Milli Parkının Oğuz bölməsi ilin bütün fəsillərində gözəldir. Builki ilk qar isə ona başqa bir rəng qatıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Böyük Qafqazın cənub ətəkləri boyu uzanan və Oğuz rayonun Baş Kəldək kəndində tamamlanan Milli Parkın ərazisinə ilk qar yağıb. 

Milli Parkın yüksək dağlıq ərazilərinə ilk qar isə oktyabrın əvvəllərində düşmüşdü. Bu ərazilər hər zaman yerli və xarici turistlərin üzünə açıq olduğundan həftə sonları Milli Parkı xeyli sayda insan ziyarət edir.

Təbiətdən zövq almaq, onun minbir çalarlı gözəlliyini görmək və duymaq istəyən insanlar üçün müxtəlif turlar təşkil edilir. 
 

Milli Parkın ərazisində yetişən orqanik giləmeyvələr isə ziyarətçilər üçün bu günlər dərman kimi qəbul edilməlidir. Kimi onlardan çay dəmləyir, kimi yeyir, kimi də özü üçün dərib apara bilər.

 
Milli Park əməkdaşlarının Bizim.Media-nın yerli bürosuna təqdim etdiyi həmin mənzərələrin görüntülərini izləyicilərimizlə bölüşürük. 















Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO