Tofiq Zülfüqarovdan qəti TƏKLİF - “Azərbaycan Ermənistana qarşı ərazi iddiası qaldırmalıdır” – VİDEO

Tofiq Zülfüqarovdan qəti TƏKLİF - “Azərbaycan Ermənistana qarşı ərazi iddiası qaldırmalıdır” – VİDEO

Hazırda oxunan: Tofiq Zülfüqarovdan qəti TƏKLİF - “Azərbaycan Ermənistana qarşı ərazi iddiası qaldırmalıdır” – VİDEO

21985

“Biz əsas Rusiyanın marağının nə olduğunu başa düşməliyik. Bundan əvvəl Rusiyanın məqsədi o idi ki, biz Ermənistana lazımıq. Rusiya hər zaman Ermənistana bildirirdi ki, biz sizə dəstək verməsək siz, Qarabağı itirəcəksiniz. Demək olar ki, hadisələr bu istiqamətdə davam edirdi. Ermənistanın hər zaman Rusiyaya marağı olub. Bu mərhələdə Rusiya təhlükə obrazı formalaşdırmağa və bizdən onlara qarşı təhlükə instrumenti kimi istifadə etməyə maraqlıdır”.

Bu sözləri Bizim.Media-da ictimai fəal Ramin Hacılının təqdimatında “Bizim Pod Cast” verilişində sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Tofiq Zülfüqarov nəyi cavablandıra bilmədi? - Ramin Hacılının təqdimatında - VİDEO


O, qeyd edib ki, hazırda Azərbaycan mütləq şəkildə Ermənistana ərazi iddialarını bildirməlidir:

“Mən belə bir təklif irəli sürmüşəm ki, biz rəsmi olaraq Ermənistana qarşı ərazi iddiaları irəli sürməliyik. Ermənilər 30 il boyunca bizim ərazilərimizi işğal ediblər, hazırda isə Qarabağın statusundan danışırlar. Onlar məğlub olsalar da Azərbaycan ərazisinin bir hissəsi daim gündəmdədir.

Bəs, bu onların ərazi iddiası deyilmi? Baxın, guya biz onların ərazisinə 3 kilometr irəliləmişik. Buna görə, Makron ermənicə yazmağa başlayır, Dövlət Departamenti (ABŞ) bəyanat yayır və.s. Ancaq bir neçə ay bundan əvvəl Ermənistanın hərbçiləri bizim ərazimizdə idilər.

Məlumatlar var ki, Ermənistan rəsmiləri Azərbaycan bölgəsinə səfər edirlər. Bəs, bu Azərbaycanın suverenliyinin pozuntusu deyilmi? Dövlət Departamenti bunu niyə görmür?

Təbiiki Azərbaycan ərazisinin pozuntusudur. Bizdə onlara ərazi iddiamızı irəli sürməliyik. Əgər Ermənistan buna əməl etmirsə  bizim ərazi bütövlüyümüzü tanımırsa, biz niyə tanımalıyıq?”

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO