“Ermənistan 6 aydır ki, siyasi krizisin içindədir” – Prezident İlham Əliyev - VİDEO

“Ermənistan 6 aydır ki, siyasi krizisin içindədir” – Prezident İlham Əliyev - VİDEO

Hazırda oxunan: “Ermənistan 6 aydır ki, siyasi krizisin içindədir” – Prezident İlham Əliyev - VİDEO

21787

“Bu gün Ermənistanın vəziyyətinin daha pis olduğunu görə bilərik. Onların ordusu tamamilə dağıdılıb. Onlar 6 aydır ki, siyasi krizisin içindədirlər. Ölkədə böyük inamsızlıq hökm sürür.

Bütün siyasi liderlər əməkdaşlıqdan qaçırlar. Onlar vaxt itirdilər. Azərbaycan öz enerji layihələri ilə inkişaf etdi və onlar işğal etdikləri əraziləri itirdilər, hansı ki, heç vaxt onlara məxsus olmayıb. Nə tarixdə, nə də beynəlxalq hüquqda...”
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan özü də vaxt itirdiyini başa düşür” - İlham Əliyev 


Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri zamanı bildirib.

Ölkə başçısı əlavə edib ki, “Amma münaqişə bitdikdən sonra 10 noyabr razilaşması əldə olundu. Bizə gələcəyə baxmaq lazımdır. Çünki 30 illik işğaldan sonra, azad olunmuş ərazilərin böyük ölçüdə dağıdılmasına baxmayaraq Azərbaycan gələcəyə baxmağa hazırdır.

Ölkəmiz  gələcək layihələrin bir parçası kimi öz gələcəyini planlaşdırır.  Biz, 10 noyabr sazişinin yerinə yetirilməsini, komunikasiyanın bərpasını qarşımıza məqsəd qoymuşuq. Azərbaycan artıq layihləri planlaşdırıb və onları həyata keçirmək üçün bizim lazımi mənbələrimiz var”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO