Xaçmazda baxımsız durumda olan şəhid məzarları nə zaman təmir olunacaq? – FOTO/VİDEO

Xaçmazda baxımsız durumda olan şəhid məzarları nə zaman təmir olunacaq? – FOTO/VİDEO

Hazırda oxunan: Xaçmazda baxımsız durumda olan şəhid məzarları nə zaman təmir olunacaq? – FOTO/VİDEO

216517

Şimal bölgəsi rayonlarında Birinci Qarabağ Müharibəsi şəhidlərinin məzarlarının əksəriyyəti baxımsız vəziyyətdədir. 

Bizim.Media-nın yerli bürosu Xaçmazın Dədəli kənd qəbristanlığında bu cür mənzərə ilə qarşılaşıb.

Belə ki, Birinci Qarabağ müharibəsi şəhidi Natiq Əzizulla oğlu Yusifovun qəbrinin baxımsızlığı diqqətimizi çəkib. Şəhidin məzarının və ətrafının vaxtında təmizlənmədiyi, baxımsız olduğunu sezmək elə də çətin deyil. Ən əsası, şəhid Natiq Yusifovun qəbirüstü abidəsinin yenilənməsinə də ehtiyac var.

Məsələ ilə bağlı Birinci Qarabağ şəhidi Natiq Yusifovun qardaşı Pərviz Yusifovla əlaqə saxladıq. Pərviz Yusifov qardaşının Ağdamın Gülablı kəndində gedən döyüşlərdə snayperlə boyun nahiyəsindən vurularaq şəhid olduğunu bildirib. Onun sözlərinə görə, Natiqin qəbirüstü abidəsinin yenilənməsini ailə olaraq onlar da istəyir, ancaq bunu etmək üçün özlərinin maddi imkanı yoxdur.


Xaçmaz İH-nin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdir əvəzi Tariyel Didarov Bizim.Media-ya açıqlamasında məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, Qarabağ Müharibəsində şəhid olmuş həmyerlilərimizin məzarlarının vəziyyətinin nəzarətdə saxlanılması və yenilənməsi qurumun diqqət  mərkəzindədir: 

“İndiyədək 10-dan artıq Birinci Qarabağ şəhidinin məzarı qara mərmərdən hazırlanıb. Bu günlərdə Yeni Sudur kəndində Zakir Muradovun yenilənmiş qəbir abidəsi də qoyulub. Daha bir Birinci Qarabağ şəhidinin yenilənmiş abidəsi bu günlərdə Maqsudkənd kəndində qoyulacaq”.


İH-nin əməkdaşı vurğulayıb ki, Birinci Qarabağ Müharibəsi şəhidlərinin məzarları 1990-1993-cü illərdə dövlət vəsaiti hesabına qoyulub. Şəhid məzarlarına dövlət vəsaiti bir dəfə ayrılır. Hazırda Xaçmazda Birinci Qarabağ Müharibəsi şəhidlərinin məzarları daxili imkanları hesabına qorunur. İmkan daxilində səliqəsiz vəziyyətdə olan digər şəhid məzarlarının, qəbirüstü abidələrinin yenilənməsi məsələsinə baxıla bilər.

Qeyd edək ki, məsələ ilə bağlı müaricət etdikdən sonra Xaçmaz İH-nin Dədəli kənd icra nümayəndəliyi tərəfindən Birinci Qarabağ şəhidi Natiq Yusifovun qəbirüstü abidəsi və məzarın ətrafı təmizlənib, səliqəyə salınıb. 






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO