Ordumuzun “Ən yaxşı tank bölüyü” BƏLLİ OLDU - VİDEO

Ordumuzun “Ən yaxşı tank bölüyü” BƏLLİ OLDU - VİDEO

Hazırda oxunan: Ordumuzun “Ən yaxşı tank bölüyü” BƏLLİ OLDU - VİDEO

214344

Cari ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarında “Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb.

Hərbi qulluqçulara sıra baxışı keçirildikdən sonra onlardan taktiki və fiziki hazırlıq üzrə məqbullar qəbul olunub. Həmçinin gündüz və gecə vaxtı atış və sürücülük üzrə çalışmalar yerinə yetirilib.

Yarışın yekununda “Ən yaxşı tank bölüyü” adına layiq görülən bölmə müəyyən edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO