Messi və Suares ABŞ-da MLS-in çempionu oldu - VİDEO

Messi və Suares ABŞ-da MLS-in çempionu oldu - VİDEO

Hazırda oxunan: Messi və Suares ABŞ-da MLS-in çempionu oldu - VİDEO

214311

"İnter Mayami" MLS-in müntəzəm mövsümündə "Columbus Crew"i 3:2 hesabı ilə məğlub edərək erkən qələbəsini təmin edib. Bu nəticə komandaya "Supporters' Shield" kubokunun qalibi olmağa imkan verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "championat.com" saytı yayıb.

Qolları matçda Messi – 45', 45+5', Rossi – 46', Suarez – 48'   və Hernande - 61'  vurub.

Qeyd edək ki, "İnter Mayami" müntəzəm mövsümün bitməsinə iki tur qalmış 68 xal toplayıb və ən yaxın rəqibini 11 xal qabaqlayaraq Şərq Konfransına başçılıq edir.

Bundan sonra "İnter Mayami" MLS Kuboku uğrunda mübarizə aparacaq. Burada hər konfransdan doqquz (cəmi 18) komanda iştirak edir.

Xatırladaq ki, "Supporters' Shield" kuboku CONCACAF Çempionlar Liqasına vəsiqə verir.

Yada salaq ki, bir il əvvəl Messinin komandası MLS-in pley-offuna belə çıxa bilməyib.
Müntəzəm mövsümün növbəti oyununda “İnter Mayami” “Toronto” ilə qarşılaşacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO