Bu pələng AXTARIŞDADIR – O, qatilin dostu olub - VİDEO

Bu pələng AXTARIŞDADIR – O, qatilin dostu olub - VİDEO

Hazırda oxunan: Bu pələng AXTARIŞDADIR – O, qatilin dostu olub - VİDEO

20857

Amerikada qətl törədib benqal pələngi ilə qaçan cinayətkar saxlanılıb.

Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, ABŞ-ın Hyuston şəhərində girov müqabilində azadlığa buraxılan Viktor Hyuqo Kuevas yırtıcı heyvanla birlikdə qaçıb. 

Axrtarışları davam etdirən polis Viktoru tapıb həbs edə bilsə də, pələngin harada olduğu məlum deyil.

Qeyd edək ki, qətldə təqsirli bilinən Kuevas girov müqabilində azadlığa buraxılandan sonra qonşuları onun evində pələng gördükləri barədə hüquq mühafizə orqanlarına məlumat veriblər.

Onun meymun saxladığı da iddia olunur. Qanunla isə bu heyvanları ev şəraitində saxlamaq qadağandır. Polisin yoxlamaya gəldiyini eşidən Viktor pələngi maşına mindirib ərazidən uzaqlaşa bilib. 

Yenidən saxlanıldıqdan sonra Viktorun girov müqabilində azadlığa buraxılması ləğv olunub.

Pələngin isə axtarlışları gedir və izinə düşüblər. Çünki həmin şəhərin başqa hissəsində benqal pələnginin küçədə dolaşdığı görüntülənib.

Həmin videonu təqdim edirik:

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO