Putin Çeçenistanın fəxri vətəndaşı OLDU - VİDEO

Putin Çeçenistanın fəxri vətəndaşı OLDU - VİDEO

Hazırda oxunan: Putin Çeçenistanın fəxri vətəndaşı OLDU - VİDEO

207612

Hazırda Qroznıda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin Çeçenistanın fəxri vətəndaşı olub.

Bizim.Media xəbər verir ki, Rusiya prezidentinə müvafiq medal və sertifikatı Çeçenistan lideri Ramzan Kadırov və ölkənin müftisi Şeyx Salah-Hacı Mejiyev tərəfindən təqdim edilib.

Simvollar Putinə Qroznıda İsa peyğəmbərin yeni məscidinə səfəri zamanı verilib. Prezident buna cavab olaraq məscidə əl işi olan qiymətli cilddə Quran hədiyyə edib. 

Daha sonra Vladimir Putin Kadırovun Qroznıdakı iqamətgahına gəlib və burada onu Kadırovun ailə üzvləri - anası Aymani Kadırova, həyat yoldaşı, bacıları və uşaqları qarşılayıb. Orada Çeçenistan rəhbəri prezidentə şəhərin onun şərəfinə Putinski adlandırılan yeni rayonunun maketini göstərib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO