Ağdamda maşın aşaraq yandı – FOTO/VİDEO  

Ağdamda maşın aşaraq yandı – FOTO/VİDEO  

Hazırda oxunan: Ağdamda maşın aşaraq yandı – FOTO/VİDEO  

202402

Ağdamda "VAZ" markalı minik maşını aşaraq yanıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı-Əfətli yolunun Sarıcalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "VAZ-21015" markalı, 10-NS-315 dövlət nömrə nişanlı minik maşını idarəetməni itirərək aşıb. Hadisə nəticəsində avtomobildə yanğın başlayıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürən briqadaları cəlb edilib. Müxtəlif dərəcəli yanıq xəsarət alan sürücü Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. 
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO