8 Noyabrdakı dəhşətli qəza ilə bağlı hökm oxundu - VİDEO

8 Noyabrdakı dəhşətli qəza ilə bağlı hökm oxundu - VİDEO

Hazırda oxunan: 8 Noyabrdakı dəhşətli qəza ilə bağlı hökm oxundu - VİDEO

199029

Ötən il dekabrın 5-də Xətai rayonu, 8 Noyabr prospektində “Kia” markalı avtomobillə 1952-ci il təvəllüdlü Əliyeva Lyüdmila Aleksandrovnanı vurub öldürən Dursunəli İsmayılovun məhkəməsi başa çatıb.

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə D.İsmayılov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə ona 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi və cəzasının bitməsindən sonra 1 il 6 ay sürücülük hüququnun məhdudlaşdırılması qeyd edilib.

Xatırladaq ki, hadisədən sonra DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) qəzanın görüntülərini yayıb.

Görüntülərdə Dursunəli İsmayılovun idarə etdiyi avtomobilin piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu keçən qadını necə vurması əks olunub. Həmçinin sürücünün təyin edilmiş sürət həddini keçməsi müəyyən edilib.
Məhkəmə prosesində L.Əliyevanın ailəsi sürücüdən şikayətçi olmadığını bildirib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO