Türkiyənin Diyarbəkir və Mardin vilayətlərində baş vermiş yanğınlarda 11 nəfər həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “X” hesabında etdiyi paylaşımda açıqlayıb.
O qeyd edib ki, yanğından 78 nəfər zərər çəkib.
Nazir bildirib ki, Diyarbəkirlə Mardin sərhədindəki kəndlərdə baş verən bu yanğınlar səbəbindən hazırda Diyarbəkirdə 5 nəfər reanimasiyaya yerləşdirilib.
Xatırladaq ki, ötən gün Türkiyənin Diyarbəkir vilayətinin Çinar, Mardin vilayətinin Mazıdagı rayonları arasındakı əkin sahəsində yanğın olub. Ən son məlumatda hadisə nəticəsində 5 nəfərin öldüyü, 44 nəfərin xəsarət aldığı bildirilirdi.
Bizim.Media