Bakıda, Badamdar qəsəbəsində binanın fasadından qopan üzlük daşı yaxınlıqdan keçən uşağın başına düşüb. Nəticədə daş uşağa ağır xəsarət yetirib.
Bizim.Media xəbər verir ki, bu barədə Xəzər TV məlumat verib.
Rafiq İsgəndərov küçəsi 4 ünvanında yerləşən beşmərtəbəli binanın fasad hissəsindəki üzlük daşı həmin binada yaşayan 12 yaşlı Əli adlı uşağın başına düşüb.
Nəticədə ciddi xəsarət alan uşaq huşunu itirib. Azyaşlı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır öldüğu söylənilir.
Sakinlər deyirlər ki, sözügedən binada problemdən əvvəldən xəbərləri olub. Hətta təhlükəli vəziyyətlə bağlı ərazi üzrə 144 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə müraciət də ediblər.
Qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin də əməkdaşları gələrək ərazini təhlükəsizlik lenti ilə bağlayıblar. Məsələ ilə bağlı 144 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə getdik. Birliyin müdiri bizi görən kimi qaçmağa başladı. Onu dayandırıb suallarımızı vermək istəyimiz isə baş tutmadı.
Səbail Rayon İcra Hakimiyyətindən ''Xəzər Xəbər''ə bildirdilər ki, hadisə baş verən bina onların deyil, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 Saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin nəzdindədir.
Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirildi ki, həmin bina Səbail rayonu ərazisindədir və binadakı təhlükəli vəziyyət onlar tərəfindən həll olunmalıdır.
Bizim.Media