Aşıq Ulduz torpaq sahəsini 145 min manata satışa çıxardı - DAVA DÜŞDÜ - VİDEO

Aşıq Ulduz torpaq sahəsini 145 min manata satışa çıxardı - DAVA DÜŞDÜ - VİDEO

Hazırda oxunan: Aşıq Ulduz torpaq sahəsini 145 min manata satışa çıxardı - DAVA DÜŞDÜ - VİDEO

19304

Aşıq Ulduz Quliyevanın Binəqədi ərazisində olan torpaq sahəsini satmaq istəyi ona baha başa gəlib.  

Bizim.Media xəbər verir ki, bina sakinlərinin şikayətinə görə, Binəqədi rayonu, 8-ci mikrarayon, Süleyman Sani Axundov və İbrahimpaşa Dadaşov küçəsinin kəsişməsində yerləşən və sahəsi 2 sot olan ərazi 145 min manata satışa çıxarılıb. 

Şikayətçilər qeyd edirlər ki, torpaq binaya məxsus olan həyətdir və Binəqədi İcra hakimiyyəti tərəfindən qeyri-qanuni olaraq Ulduz Quliyevaya satılıb. Daha sonra sakinlərin şikayəti əsasında iş məhkəməyə verilib. 

Məhkəmədə qalib gələn mülkiyyətçi, ərazini hasarlamaq istəyib. Lakin etirazçılar məhkəmənin qərarından narazı qalaraq Apelasiya məhkəməsinə müraciət ediblər. 

Bildirirlər ki, Apelasiya məhkəməsinin qərarı çıxmadan ərazidə tikinti işləri aparmaq olmaz. 

Lakin məhkəmə icraçılarının iştirakı ilə torpaq sahəsini hasarlamağa cəhd edilib. Sakinlərin ciddi etirazından sonra icra icra məmurları ərazini tərk etməyə məcbur olublar.

Aşıq Ulduzun nümayəndəsi kimi proseslərə nəzarət edən oğlu ilə bina arasında zamanla qalmaqal yaşanıb. Tərəflər bir-birlərini qarşılıqlı təhqir ediblər.

Sakinlərin birinin iddiasına görə isə adı çəkilən torpaq sahəsini yüksəkçinli məmur Aşıq Ulduzun qızı Sədaqətə hədiyyə edib.

Məsələ ilə bağlı Aşıq Ulduzla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı, zənglərimiz cavabsız qaldı.

Qarşı tərəfində fikrini işıqlandırmağa hazırıq. Prossesi izləməkdə davam edirik.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO