Yük avtomobilləri toqquşdu, sürücü belə xilas edildi - VİDEO

Yük avtomobilləri toqquşdu, sürücü belə xilas edildi - VİDEO

Hazırda oxunan: Yük avtomobilləri toqquşdu, sürücü belə xilas edildi - VİDEO

191702

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yol-nəqliyyat qəzası baş verib. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyə vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Müəyyən olunub ki, “KamAZ” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və yük avtomobillərindən birinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 2003-cü il təvəllüdlü Ələkbərov Əzim Elçin oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO