“Rusiya sülhməramlıdırsa, sülhməramlı olaraq vəzifəsini yerinə yetirsin”.
Bizim.Media xəbər verir ki, bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyənin yeni səfiri Bakıdadır - FOTOLAR
“Ümid edirik ki, qarşıdakı dövrdə Birgə Monitorinq Mərkəzi öhdəliklərini icra edər.
Sülhməramlıların Azərbaycanın da haqqını qorumasını gözləyirik. Biz haqq və hüquqdan yanayıq. 10 noyabr 2020-ci il bəyanatı və 11 yanvar 2021-ci il razılaşmasının icra edilməsi bizim üçün əsasdır.
Hazırda ciddi problem olmadığını bilirik. Amma o demək deyil ki, heç vaxt da olmayacaq.
Prosesi diqqətlə izləyirik və lazım olarsa, müdaxilə edəcəyik. Biz bölgədə sülh olmasını, Zəngəzur dəhlizinin açılmasını və kommunikasiyanın bərpa edilməsini istəyirik”, – deyə o bildirib.
Bizim.Media