Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Dağıstanda əməliyyat keçirib, "Crocus City Hall"dakı terroru maliyyələşdirən dəstənin üzvləri saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə FTX məlumat yayıb.
Bildirilib ki, martın 31-də Dağıstanda Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən antiterror əməliyyatı zamanı saxlanılan yaraqlılar “Crocus City Hall”a hücumu həyata keçirən terrorçuları silah və pulla təmin ediblər.
Dəstəyə dörd nəfər daxil olub. Məlum olub ki, onlar, həmçinin Kaspiyskdə insanların sıx olduğu yerlərdə də terror aktı planlaşdırıblar, bundan dərhal sonra Rusiyanı tərk etmək niyyətində olublar.
FTX Dağıstanda saxlanılan silahlıların Kaspiyskdə sahili partlatmaq niyyətində olduqlarını açıqlayıb.
Qeyd edək ki, martın 22-də Moskvadakı “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Son məlumatlara görə, hücum nəticəsində 144 nəfər ölüb, 382 nəfər yaralanıb.
Bizim.Media