Bakıda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs tutuldu – FOTO/VİDEO 

Bakıda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs tutuldu – FOTO/VİDEO 

Hazırda oxunan: Bakıda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs tutuldu – FOTO/VİDEO 

183195

Bakının Nizami və Nərimanov rayonlarında naməlum şəxs ayrı-ayrı vaxtlarda dörd avtomobili talayaraq pul vəsaiti, mobil telefonlar, şəxsi əşyalar və nəqliyyat vasitələrinin ehtiyat hissələrini oğurlayıb. Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsi (PŞ) əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Alim Mahmudov saxlanılıb. 

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, saxlanılan şəxsin paytaxtda yerləşən mağazalardan birində quraşdırılan ödəmə terminalındakı pul vəsaitini, eləcə də bir ədəd velosiped oğurladığı da müəyyən olunub.  

Faktlarla bağlı araşdırmalar davam etdirilir. 
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO