Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində “tapşırıqları” yerinə yetirməyə davam edir.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı sülhməramlı kontingentin mətbuat xidmətinə istinadən yayıb.
MÖVZU İLƏ BAĞLI:
“Sülhməramlıları çıxarmaq cəhdi Gürcüstana baha başa gəldi” – Qarabağdakı aysberqin görünməyən TƏRƏFİ
Mənbə bildirir ki, Rus hərbi həkimlər Dağlıq Qarabağın ucqar bölgələrində yaşayan ermənilərə ixtisaslı tibbi yardım göstəriblər.
Xüsusilə, Humanitar Yardım Mərkəzinin əməkdaşları Əsgəran rayonunun Sərdaraşen kəndində müvəqqəti məskunlaşanlara yardım etmək üçün səhra məntəqəsi yaradıblar.
Xatırladaq ki, 10 noyabr razılaşmasından sonra Dağlıq Qarabağ münaqişəsi zonasında yerləşdirilən Rusiya Federasiyasının sülhməramlı kontingentinin funksiyası ermənilərə tibbi yardım etməkdən ibarət deyil, tərəflər arasında baş verə biləcək silahlı qarşıdurmanı neytrallaşdırmaqdır.
Bizim.Media