Türkiyə sərhəd mühafizəsi əməkdaşları yunan həmkarlarının üzərilərinə benzin tökərək yandırmağa çalışdıqları 41 miqrantı xilas edib. Onların arasında qadınlar və uşaqlar da var.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə DİN rəhbəri Süleyman Soylu “Twitter” hesabında paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Qayıqla Britaniyaya keçərkən ölümlə üz-üzə 72 miqrant xilas edildi
Nazir baş vermiş hadisəni “Avropanın gözü önündə soyqırımı” adlandırıb. S.Soylu həmçinin hadisənin görüntülərini də paylaşaraq, köhnə qitə ölkələrinin Yunanıstanın bu əməllərinə səssiz qaldığı müddətcə, onun hərəkətlərinə şərik kimi yadda qalacağını bildirib.
Bizim.Media
Greek Law Enfor. Agencies seek to burn people, pouring gasoline on them, which indicates massacre under scout of Europe.
— Süleyman Soylu | Maske? Mesafe↔️ Temizlik? (@suleymansoylu) April 17, 2021
Europe shall go down history as instigator of this malignancy, by spoiling Greece and keeping silent to what's going on there @EU_Commission pic.twitter.com/vGmMvJs8mO