TÜSAŞ-ın baş direktoru: “KAAN” hərbi təyyarəmizdə Azərbaycandan bir parça var” – VİDEO 

TÜSAŞ-ın baş direktoru: “KAAN” hərbi təyyarəmizdə Azərbaycandan bir parça var” – VİDEO 

Hazırda oxunan: TÜSAŞ-ın baş direktoru: “KAAN” hərbi təyyarəmizdə Azərbaycandan bir parça var” – VİDEO 

180618

“Artıq Azərbaycan öz müdafiə sənayesini qurub, gələcəkdə daha da güclənəcəyinə inanıram. İstehsalatda bacarıqlı insanlarınız var. “KAAN” beşinci nəsil hərbi təyyarəmizin bir parçası da Azərbaycanda istehsal olunur. Yəni, “KAAN”da Azərbaycandan bir parça var”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin Aviasiya və Kosmos Sənayesi şirkətinin (TÜSAŞ) Baş direktoru Temel Kotil deyib.

“TÜSAŞ olaraq Azərbaycanla çox sıx əlaqələrimiz var. Aramızda ortaq anlaşmalar da imzalanıb. İşlərimizi çox sıx münasibətlərlə davam etdirəcəyik. Azərbaycandakı müəssisələri də gedib gördük. Azərbaycan gənclərinin bizimlə işləməsini çox istəyirik”, - deyə Baş direktor bildirib.
Qeyd edək ki, ötən ay Türkiyənin yerli istehsalı olan beşinci nəsil “KAAN” hərbi təyyarəsinin ilk uçuşu müvəffəqiyyətlə həyata keçirilib. Təyyarənin 2028-ci ildən kütləvi istehsalına başlanılması nəzərdə tutulur.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO