Rus ordusu Xersonun mərkəzini artilleriya atəşinə tutub.
Bizim.Media xəbər verir ki, informasiyanı vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin yayıb.
"Atəş nəticəsində bir avtomobil yanıb. Yanğını söndürüldükdən sonra xilasedicilər iki kişinin cəsədini tapıblar". Prokudin bu barədə Telegram kanalında yazıb.
23 yaşlı Xerson sakini isə xəstəxanaya yerləşdirilib. 66 yaşlı qadın da küçədə olarkən bədən xəsarətləri alıb.
Bizim.Media