Elana aldandı - Dələduzluğun qurbanı oldu - VİDEO

Elana aldandı - Dələduzluğun qurbanı oldu - VİDEO

Hazırda oxunan: Elana aldandı - Dələduzluğun qurbanı oldu - VİDEO

172397

Sosial şəbəkədəki elana aldanaraq kredit götürmək istədi, dələduzluğun qurbanı oldu.

Bizim.Media xəbər verir ki, hadisə Masallının Çaxırlı kənd sakini Ramin Şıxəliyevin başına gəlib.

O, bir nəfərin sosial şəbəkədə təşkilatlardan birinin adı ilə canlı yayım açaraq vətəndaşlara müxtəlif məbləğlərdə kredit verildiyini görüb.

Verilən kredit təklifindən yararlanmaq istəyən R.Şıxaliyev də canlı yayımdakı qadınla əlaqə saxlayıb. Elə bu danışıqdan sonra da qadının qurduğu tələyə düşüb. Ramin Şıxaliyev 1000 manat məbləğində kredit almaq istəyib və sənədləşmə işləri üçün də həmin qadının verdiyi bank kartına 85 manat pul göndərib.

Ramin Şıxəliyev deyir ki, bir neçə gündür fərqli mobil nömrələrlə həmin qadınla əlaqə saxlamaq istəyib. Lakin onun heç bir zənginə və yazdığı mesajlara cavab verilməyib.
Daha ətraflı Xəzər televiziyasının süjetində:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO