Arestoviç: “Ukrayna Rusiya ilə birgə Qərbə qarşı iddia qaldırmalıdır” - VİDEO

Arestoviç: “Ukrayna Rusiya ilə birgə Qərbə qarşı iddia qaldırmalıdır” - VİDEO

Hazırda oxunan: Arestoviç: “Ukrayna Rusiya ilə birgə Qərbə qarşı iddia qaldırmalıdır” - VİDEO

170581

Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Aleksey Arestoviç ölkəsini Rusiya ilə danışıqlar aparmağa və “Qərbin bir hissəsi olmaq” planlarından əl çəkməyə, həmçinin Qərb ölkələrinə qarşı “birgə iddia” qaldırmağa çağırıb.

Bizim.Media “strana.ua” saytına istinadən xəbər verir ki, o, bu barədə rusiyalı jurnalist Yuliya Latıninanın efirində danışıb.

Siyasətçi bəyan edib ki, bir-birini öldürməyə davam etməyin mənasını görmür.

“Niyə? Bundan nə qazanırıq - həm Rusiya, həm də Ukrayna... Brüssel və Vaşinqtonun regional komitələrindən olan əmilərin xoşuna gəlir, iki bıçaqlı meymun bir-birini öldürərkən alqışlayırlar?” - deyə Arestoviç sual edib.

Onun fikrincə, Ukraynanın hazırkı modeli sıradan çıxıb və yalnız “yeni Ukrayna” Rusiya Federasiyası ilə razılığa gələ biləcək. Putin bugünkü Ukraynaya “təzyiq göstərəcək” və “o, dayanmaq fikrində deyil”.
“Ona görə də “Putinin yanına gəlməliyik və birlikdə Qərbə qarşı iddia qaldırmağı təklif etməliyik”, - Arestoviç bildirib.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO