Rusiyanın hakim “Vahid Rusiya” partiyasının XXI qurultayı keçirilib.
Bizim.Media xəbər verir ki, qurultayda prezident Vladimir Putin də iştirak edib.
“Vahid Rusiya” Partiyasının qurultayı prezident seçkilərində Putinin namizədliyini yekdilliklə dəstəkləyib.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri gələn martın 17-də keçiriləcək. Rusiyalı seçicilər martın 15-dən başlayaraq üç gün ərzində seçkilərdə səs verə biləcəklər.
Bizim.Media