"COVİD-19-a qarşı kütləvi immunitet niyə yaranmır?" - İnfeksionist FAKTLARDAN danışdı - VİDEO

Hazırda oxunan: "COVİD-19-a qarşı kütləvi immunitet niyə yaranmır?" - İnfeksionist FAKTLARDAN danışdı - VİDEO

16796

“Kollektiv immunitetin yaranması üçün 2 əsas amil var:  Birinci təbii yolla insanlar xəstələnməlidir ki, yaransın. Digər isə süni şəkildə - peyvəndlənmə ilə yaradılmalıdır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri  “ARB 24” də yayımlanan “İş vaxtı” verilişində infeksionist Vüqar Cavadzadə deyib.

Həkimin sözlərinə görə, vaksinləmə könüllü olduğundan hamı müraciət etmir. Bu da kütləvi ummunitetin yaranmasını ləngidir:

“Digər tərəfdən də insanların çox hissəsi xəstələnməyib axı. İnsanların yoluxması üçünsə müəyyən vaxt lazımdır. Bir ilin içində yoluxanların sayı 250 min civarındadır. Amma bizdə əhalinin sayı 10 milyondur”.

İnfeksionist bildirib ki, kütləvi immunitetin formalaşması üçün bir il bəs etmir. Bunun üçün bir neçə il lazımdır:

“Hesab edirəm ki, koronavirus bizim həyatımızda daha bir neçə il olacaq. Ola bilsin ki, biz bu infeksiya ilə barışacayıq. Onunla yanaşı yol gedəcəyik. Demək olar ki, bütün infeksiyaların 70-80 faizi baş qaldırdıqdan sonra cəmiyyətdə qalıb. COVİD -19 -la da elə olacaq”.

V. Cavadzadə koronavirus xəstəliyinin ağır keçirilməsinin əsas səbəbini də açıqlayıb:

“Sadəcə olaraq bizdən əvvəlki nəsillər bu  xəstəliyi keçirməyib.Onların qanında immunitet yaranmayıb deyə bizə o antitellər ötürülməyib. Ona görə də biz  koronavirusa qarşı çox həssasıq.

Biz dəfələrlə xəstələnəcəyik və bizim qanımızda antitellər əmələ gələcək. Beləcə bizdən sonrakı nəsillərə bunu  ötürəcəyik. Onlar bu xəstəliyi yüngül keçirəcək. Hesab edirəm ki, COVİD-19 bizimlə addımlayacaq amma pandemiya prossesi olmayacaq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO