“Rusiya Federasiyası Ukraynanı məğlub edərsə, NATO-nun hansısa ölkəsini işğal edə bilər və bu, ABŞ-ı münaqişəyə sürükləyə bilər”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Ukrayna ilə bağlı xüsusi müraciətində deyib.
O qeyd edib ki, bu baş verərsə, ABŞ indi olmayan bir şeylə - Rusiya ordusu ilə döyüşən Amerika hərbçiləri ilə qarşılaşacaq:
"Biz Putinin qalib gəlməsinə imkan verə bilmərik".
Bayden həmçinin qeyd edib ki, ABŞ-dan yeni vəsait almadan Kiyevə avropalı tərəfdaşların dəstəyinin davam etdirilməsi sual altında olacaq.
Bizim.Media