İsrailin paytaxtı Təl-Əvivə yenidən raket hücumu olub.
Bizim.Media xəbər verir ki, bu barədə teleqram kanallarında görüntülər yayılıb.
Bildirilib ki, Qəzzadan atılan raket Təl-Əvivdə yaşayış binasına düşüb. Şəhərdə hava həyəcanı elan olunub.
İsrailin rəsmi qurumları hava hücumları barədə xəbəri təsdiqləyiblər. İlkin məlumata görə, nəticədə 3 nəfər yaralanıb.
Qeyd edək ki, dünən də Təl-Əvivə raket hücumu olmuşdu.
Bizim.Media