Sirkdə fillər arasında dava düşdü - VİDEO

Sirkdə fillər arasında dava düşdü - VİDEO

Hazırda oxunan: Sirkdə fillər arasında dava düşdü - VİDEO

15488

Rusiyanın Kazan şəhər sirkində fillər dalaşıb. 

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, nəhəng heyvanlar tamaşa zamanı münasibətlərini aydınlaşdırmağa başlayıblar.

Sirkə tamaşa etməyə gələnlər maraqlı görüntüləri mobil telefon vasitəsilə qeydə alıblar.

Kadrlarda fillərdən birinin digərini yerə yıxaraq qalxmağa imkan vermədiyi görünür. Yaxınlıqda əyləşən tamaşaçılar qorxudan darhal öz yerlərini tərk ediblər.  

Heyvanların əhilləşdirici məşqçiləri onları sakitləşdirərək bir-birindən ayırıblar. Hadisə zamanı xəsarət alan olmayıb.

Fillərin necə dalaşdığını izləmək istəyənlər üçün həmin görüntüləri təqdim edirik.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO