Siyəzəndə antisanitar şərait sakinləri təngə gətirib - VİDEO

Siyəzəndə antisanitar şərait sakinləri təngə gətirib - VİDEO

Hazırda oxunan: Siyəzəndə antisanitar şərait sakinləri təngə gətirib - VİDEO

152595

Siyəzənin Gənclik qəsəbəsində yaşayan insanların  kanalizasiya və çirkab problemi bitmək bilmir.

Bizim.Media xəbər verir ki, kanalizasiya suları və çirkab binaların zirzəmilərinə dolur. Mövcud antisanitar şərait sakinləri təngə gətirib.

320 ailənin yaşadığı Gənclik qəsəbəsində sakinlər binaların çökmə ehtimalından ehtiyat edirlər. Rayon mərkəzindən çox uzaqda olmayan bu yaşayış massivi diqqətdən kənarda qalıb.  
Məsələ ilə bağlı Siyəzən rayon İcra Hakimiyyətinin inzibati ərazi dairəsindən bildirilib ki, sözügedən qəsəbədə yaxın günlərdə problemin aradan qaldırılması üçün işlərə başlanacaq.

Görünən odur ki, problem yaxın gələcəkdə həll ediləcək.

Daha ətraflı videomaterialda:
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO