Türkiyəli nazirlər Qarabağda - VİDEO

Türkiyəli nazirlər Qarabağda - VİDEO

Hazırda oxunan: Türkiyəli nazirlər Qarabağda - VİDEO

15145

Azərbaycanlı və türkiyəli nazirlər Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik nazirliyi tvitter səhifəsində paylaşım edib.

Belə ki, Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov, ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli ilə birlikdə işğaldan azad olunmuş Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərində olublar.

Səfərdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də iştirak edib.

Xatırladaq ki, Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli azad olunmuş ərazilərə səfər edən ilk xarici nazirdir.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO