“Titanik” gəmisinin qalıqlarını görmək üçün dərinliyə enən “Titan” sualtı gəmisinin partlayışı ilə bağlı yeni görüntülər ortaya çıxıb.
Bizim.Media xarici mətbuata istinadən bildirir ki, videonun müəllifləri sualtı gəmidə olan sərnişinlərin başına gələnləri göstəriblər.
Hadisə o qədər tez baş verib ki, onların hadisəni qavramağa zamanları olmayıb. Sadəcə sualtı gəmi ilə birlikdə parçalanıblar.
Qeyd edək ki, iyunun 18-də beş milyarder “OceanGate Expeditions” şirkətinə məxsus batiskafda batmış “Titanik”ə ekspedisiyaya gedib və sonradan onlarla əlaqə kəsilib.
Batiskafın qalıqları dörd gün sonra tapılıb. Batiskaf daxili partlayış nəticəsində tamamilə dağılıb. Bütün sərnişinlər həlak olublar. İyunun 22-də həmin beş nəfərin ölmüş hesab edildiyi açıqlanıb.
Bizim.Media