Rusiya Ukraynanın Odessa vilayətini 15 PUA və 8 “Kalibr” tipli raketlə atəşə tutub.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna “Cənub” Əməliyyat Komandanlığı məlumat yayıb.
Bildirilib ki, dron və raketlər hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.
Hücum nəticəsində təhsil müəssisələrindən birinin yataqxanası və supermarket binası zədələnib.
Partlayış nəticəsində şüşələr sınıb, park edilmiş avtomobillərə ziyan dəyib, üç yerdə yanğın baş verib. Patladılmış supermarketin 3 əməkdaşı xəsarət alıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib. İtki yoxdur.
Bizim.Media