Vilayət Eyvazov Qusarda vətəndaşları QƏBUL ETDİ – VİDEO  

Vilayət Eyvazov Qusarda vətəndaşları QƏBUL ETDİ – VİDEO  

Hazırda oxunan: Vilayət Eyvazov Qusarda vətəndaşları QƏBUL ETDİ – VİDEO  

149438

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 3-4 avqust tarixlərində Qusar Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. 

Bizim.Media xəbər verir ki, nazir əvvəlcə Qusar rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib. 

Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarından qəbula gələn 115 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. 
Müraciətlərin əksəriyyəti yerindəcə həll edilib. Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib.

23-ü Vətən müharibəsi iştirakçısı olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 91 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO