Bakıda dərinliyi 6 metr olan zirzəmiyə yıxılan uşaq xilas edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub iki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, X.Məmmədov küçəsində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 2013-cü il təvəllüdlü uşağın onaltımərtəbəli yaşayış binasının dərinliyi təxminən 6 metr olan zirzəmisinə yıxılması səbəbindən müxtəlif bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə avadanlıqlarının köməyi ilə həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Bizim.Media