Fransa Prezidenti Emmanuel Makron Yelisey çölündə kütlə tərəfindən fitə basılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fransanın "BFMTV" kanalında görüntülər yayımlanıb.
Bildirilib ki, hadisə dövlət başçısının Bastiliyanın alınması ilə bağlı keçirilən hərbi parada Yelisey çölü ilə hərəkət edərkən baş verib.
Əraziyə toplaşanan insanların bəziləri E.Makronu istefaya çağıran şüarlar səsləndiriblər.
Xatırladaq ki, ötən ilin yazında Fransa Prezidentinin üzərinə pomidor atılmışdı. Hadisə onun Paris yaxınlığında yerləşən Surgi bələdiyyəsinin sakinləri ilə görüşü zamanı baş vermişdi. Dövlət başçısı böyük izdihamın ortasında, mühafizəçilərin əhatəsində olarkən ona pomidor atılıb.
Bizim.Media