Efirdə Makrona sərt sözlər:

Efirdə Makrona sərt sözlər: "Olmayan beynini Fransanın daxili işlərinə niyə yönəltmirsən?" - VİDEO

Hazırda oxunan: Efirdə Makrona sərt sözlər: "Olmayan beynini Fransanın daxili işlərinə niyə yönəltmirsən?" - VİDEO

140986

Azərbaycan Televiziyasının efirində Fransanın Ermənistana dəstəyi kəskin tənqid olunub.

Bizim.Media xəbər verir ki, "Həftə" verilişində bu barədə aparıcı Rövşən Məmmədov danışıb.

Onun sözlərinə görə, Fransanın dəstəyi ilə Hindistan Ermənistana özüyeriyən artilleriya tədarükü edəcək:

"Fransanın erməni diasporu prezident Makronun birbaşa razılığı və xeyir-duası ilə maliyyələşməni öz üzərinə götürüb. Məsələnin gizlədilməsi üçün silahların birbaşa İrəvana deyil, əvvəlcə İrana sonra isə quru yolla Ermənistana gətirilməsi planlaşdırılır. Fransa əvvəlcə bu məlumatların yalan olduğunu deməyə çalışsa da, Makronun diqqətinə çatdırırıq ki, Fransanın Ermənistanın silah yardımı barədə məlumatları bizim mediadan əvvəl, Avropa mətbuatında yer alıb. İnanmırsan, bax".

O, qeyd edib ki, Makron bir tərəfdən Ukraynaya dəstəyini ifadə etsə də, digər tərəfdən Rusiya ilə gizli danışıqlar aparır.
"Sənin işin gücün yoxdur, Makron? Olmayan beynini, Avropada ən çox korrupsiya uğramış hakimiyyət kimi ad qazandırdığın Fransanın daxili işlərinə niyə yönəltmirsən?"

Daha ətraflı süjetdə:
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO