Yazıçı Kəramət Böyükçöl kinorejissor Kənan MM-in ağlayayaraq çəkdiyi videosunu lağa qoyub.
Bizim.Media xəbər verir ki, belə ki, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun azadlığa çıxma xəbərini kinorejissor göz yaşı ilə qarşılayıb. O, bu barədə video çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Kinorejissorun paylaşımı cəmiyyət arasında birmənalı qarşılanmayıb. Bəziləri onun bu hərəkətini səmimi qarşılasa da, digərləri onun pafoslu çıxışını bəyənməyib.
Yazıçı Kəramət Böyükçöl isə öz etirazını kinorejissoru parodiya edərək çəkdiyi videosu ilə bildirib. O, ağlaya-ağlaya kamera qarşısına keçərək, Kənanı yamsılayıb.
Sözügedən görüntüləri təqdim edirik:
Bizim.Media