Xaçmazda məktəb binasının divarlarında iri çatlar əmələ gəlib - VİDEO

Xaçmazda məktəb binasının divarlarında iri çatlar əmələ gəlib - VİDEO

Hazırda oxunan: Xaçmazda məktəb binasının divarlarında iri çatlar əmələ gəlib - VİDEO

137170

Xaçmazın Ləcət kənd tam orta məktəbinin binası yararsız haldadır.

Bizim.Media xəbər verir ki, məktəbin elektrik sistemi sıradan çıxıb, divarlarda iri çatlar əmələ gəlib.

35 ildən çoxdur ki, istifadəyə verilmiş üçmərtəbəli təhsil ocağının idman zalı təhlükəli vəziyyətə görə bağlıdır və ora məktəblilər buraxılmırlar. Valideynlər yeni məktəbin tikilməsini zəruri sayırlar.

Məktəbin direktor əvəzi Murad Daşdəmirov təhsil ocağının tikintisi zamanı səhvə yol verildiyini və mövcud vəziyyətə də məhz bunun səbəb olduğunu deyir.

Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz təhsil sektorunun aparıcı məsləhətçisi Fikrət Heybətov bildirib ki, 2023-2024-cü tədris ili üçün Xaçmaz rayonunda 4 yeni məktəb binasının tikintisi nəzərdə tutulub. Ləcət kənd tam orta məktəbi də söküləcək və yerində yenisi inşa ediləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO