Bakıda avtomobili piyadaların üstünə sürən şəxs saxlanıldı - VİDEO 

Bakıda avtomobili piyadaların üstünə sürən şəxs saxlanıldı - VİDEO 

Hazırda oxunan: Bakıda avtomobili piyadaların üstünə sürən şəxs saxlanıldı - VİDEO 

130238

Paytaxtın Nərimanov rayonunda sürücü avtomobili piyadaların üstünə sürüb. 

Bizim.Media xəbər verir ki, hadisə bu gün baş verib. 

Sürücünün polisə qarşı tabesizlik göstərdiyi deyilir. 

Hadisə ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, saxlanılarkən sürücünün sərxoş olduğu müəyyən edilib: 

“Sürücü, 1984-cü il təvəllüdlü Məmmədov Emil Fəxrəddin oğlu Nərimanov rayon, Həsən Əliyev ksçəsində yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. İntizamsızlıq göstərən sürücü nəqliyyat vasitəsini digər hərəkət iştirakçılarının üzərinə sürərək özünün və onların həyatını təhlükəyə atıb.
DYP əməkdaşlarına tabesizlik göstərən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 333.1-ci maddəsi ilə protokol tərtib edilib. Sürücü və haqqında toplanılan materiallar Nərimanov Rayon 16-cı Polis Bölməsinə təhvil verilib. Saxlanılan sürücünün sabah məhkəmə qarşısına çıxarılacağı gözlənilir”. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO