Ötən gün axşam saatlarından müşahidə olunan qarlı və şaxtalı hava şəraiti Bakıda hərəkəti iflic edib. Yolların buz bağlaması şəhər ərazisində avtomobil qəzalarının da artmasına səbəb olub.
Bununla yanaşı, hazırda paytaxt yollarında təhlükəli vəziyyət yaranıb.
Bizim.Media-nın əməkdaşı hazırda hökm sürən qarlı və şaxtalı hava şəraitində paytaxt ərazisində müşahidələr aparır.
Şəhərin 8-ci kilometr ərazisində də qarlı hava şəraiti kifayət qədər çətinliklər yaradıb.
Marşrut avtobuslarının hərəkətində müəyyən gecikmələr yaranıb. İnsanlar saatlarla dayanacaqlarda avtobus gözlədiklərinə görə öz etirazlarını bildirirlər.
Ərzaq mağazalarında əsasən çörək üçün həyacan var. Amma piştaxtalarda çörək qıtlığı o qədər də yüksək deyil. Yemək üçün nəsə tapmaq mümkündür.
Taksi sifarişlərinin ləngiməsi və qiymətin ən azı iki dəfə bahalaşması da sakinləri tədirgin edib. Bəzi yerlərə isə ümumiyyətlə marşurutun və ya hər hansı avtomobilin işləməsi mümkün deyil. Əhmədli istiqamətində Mehmandarov küçəsinə doğru ciddi problemlər yaşanır.
Bundan əlavə, əməkdaşımız vəziyyətlə tanış olmaq üçün paytaxtın 8-ci kilometr bazarına yollanıb. Amma hava şəraitinə görə, bazar fəaliyyətini tam dayandırıb.
Müşahidələrimiz davam edir.
Azad Nağı, Bizim.Media
- A-
- A
- A+
Multimedia
12:12 / 24.02.2021
“Vasmoy Bazarı” bağlandı – Bakının Əhmədli hissəsindən FOTOREPORTAJ
Hazırda oxunan: “Vasmoy Bazarı” bağlandı – Bakının Əhmədli hissəsindən FOTOREPORTAJ
Hazırda oxunan: “Vasmoy Bazarı” bağlandı – Bakının Əhmədli hissəsindən FOTOREPORTAJ
12878
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.