ABŞ dövlət katibi Entoni Blinken Ukrayna müharibəsində Rusiyanın atəşkəs təkliflərini münaqişəni donduracaq mümkün “tələ” adlandırıb.
Bizim.Media xəbər verir ki, Blinken bu barədə mətbuata açıqlamasında qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Şarl Mişel Moldova və Ukraynanın Aİ üzvlüyünə dair danışıqları DƏYƏRLƏNDİRDİ
“Bu təklif zahirən cəlbedici görünür. Silahların susdurulmasını, nisbi sakitliyi kim istəməz ki? Lakin bu, əslində olduqca diqqətli olmağımıza zərurət yaradan çox həyasız bir tələ ola bilər”, - deyə ABŞ dövlət katibi qeyd edib.
Blinkenin sözlərinə görə, atəşkəs rejiminin tətbiqi Rusiyaya öz ordusunu möhkəmləndirməyə, istirahət edərək yeni strategiyalar qurmağa, hərbi ehtiyatları artırmaq və yenidən hücuma keçmək üçün vaxt qazanmağa imkan verəcək.
Bizim.Media