Naxçıvanda yeni avtomobilin istehsalına başlanıldı - VİDEO 

Naxçıvanda yeni avtomobilin istehsalına başlanıldı - VİDEO 

Hazırda oxunan: Naxçıvanda yeni avtomobilin istehsalına başlanıldı - VİDEO 

125564

Naxçıvan Avtomobil Zavodu yeni “Maple X3 PRO” avtomobillərinin istehsalına və satışına başlayıb.  

Bizim.Media xəbər verir ki, dinamik görünüşə malik olan yeni model həm eksteryeri, həm də interyeri ilə diqqəti cəlb edir.  

Avtomobil ekonomiklik baxımından da sərfəlidir. Belə ki, “Maple X3 PRO” modellərinin yanacaq sərfiyyatı qarışıq rejimdə 5.9 litr təşkil edir. Arxa park radar və görüntü kamerası ilə təchiz olunub.

Eyni zamanda çoxfunksiyalı sükan, sensor monitor, blutuz, USB giriş, dəri oturacaqlar, kondisioner, mərkəzi qapanma sistemi hərəkət zamanı sürücülərə əsl rahatlıq və həzz yaşadacaq. 
Naxçıvan televiziyasının mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik: 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO