Əsgərlərin yaxınları Putinə müraciət etdi: “Onları cəbhə xəttindən çıxarın” - VİDEO

Əsgərlərin yaxınları Putinə müraciət etdi: “Onları cəbhə xəttindən çıxarın” - VİDEO

Hazırda oxunan: Əsgərlərin yaxınları Putinə müraciət etdi: “Onları cəbhə xəttindən çıxarın” - VİDEO

125098

Moskva vilayətindən səfərbər olunan əsgərlərin ana və arvadları Rusiya prezidenti Vladimir Putinə və müdafiə naziri Sergey Şoyquya müraciət edərək qohumlarını cəbhə bölgəsinə göndərməməyi xahiş ediblər. 

Bizim.Media xəbər verir ki, “Mobilizasiya. Xəbərlər” Telegram kanalında yayımlanan videomüraciətdə  qadınlar əsgərlərin 4 günlük təlimdən sonra hücum briqadasına təyin olunmasından şikayətlənirlər.

Video müəlliflərinin sözlərinə görə, ilkin olaraq səfərbər olunanlar artilleriyaçı kimi təlim keçiblər. Dekabrda onları döyüş bölgəsinə göndəriblər və orada iki ay silah gözləyiblər.

“Ancaq martın əvvəlində şifahi olaraq elan edilib ki, onlar indi hücum piyadalarıdır. Təlim dörd gün davam edib. Artıq üçüncü gündür ki, ərim və digər səfərbər edilmiş artilleriyaçılar düşmənlə təmas xəttindədir”, - deyə ehtiyatda olan hərbçilərin arvadlarından biri deyib.

Səfərbər olunanların yaxınları iddia edirlər ki, indi onları “canlı yem kimi” istehkam ərazilərinə basqın etmək üçün atırlar.

Qadınlar qohumlarını təmas xəttindən geri çəkməyi, onları top və sursatla təmin etməyi xahiş edirlər.

Səfərbərlikdə olanların özləri əvvəlcədən lazımi hazırlıq görmədən cəbhə xəttinə göndərildiklərini deyirdilər. Hərbçilər Rusiya hakimiyyətinə, o cümlədən birbaşa prezident Vladimir Putinə müraciət ediblər. Kütləvi şəkildə gileyləniblər ki, müdafiədə vəd edilən xidmət əvəzinə döyüş bölgələrinə göndərilir. 
Oxşar videolar Arxangelsk, Kalininqrad və Murmansk vilayətlərindən səfərbər olunanlar tərəfindən də hazırlanıb.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO