Kahramanmaraşda baş verən dəhşətli zəlzələ nəticəsində dağıntılar altında qalan sosial şəbəkə fenomeni Taha Duymazın həlak olduğu məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə sosial media fenomeni Dilan Polat və Tahanın yaxın dostu Raqib Narin videoaçıqlama yayıblar.
Bildirilib ki, xilasedicilər Taha və onun bacısı Melek Nur Duymazın cəsədlərini dağıntılar altından çıxarıblar.
Qeyd edək ki, Taha Duymazlı sosial şəbəkədə hazırladığı yeməklərlə məşhurlaşaraq, fenomenə çevrilmişdi.
Rəşad Əliyev, Bizim.Media