Fərid Qayıbov:

Fərid Qayıbov: "Bir xanım yaxınlaşıb dedi ki, siz Emin Əmrullayevsiniz” - VİDEO

Hazırda oxunan: Fərid Qayıbov: "Bir xanım yaxınlaşıb dedi ki, siz Emin Əmrullayevsiniz” - VİDEO

118549

"Sosial şəbəkələrdə mənə yazılan mesajlara çalışıram cavab verim. Amma bəzən bu alınmır. Şərhlərdə yazırlar ki, "inbox"u (mesajlar gələn qutu - red.) niyə oxumursunuz. Hətta bəzən tələb də edirlər. Amma mən bütün günü "Facebook"da ola bilmərəm. Ona görə xahiş edirəm ki, məni başa düşəsiniz".

Bizim.Media xəbər verir ki, bu sözləri Gənclər və idman naziri Fərid Qayıbov qonaq olduğu "Şənbə axşamı" verilişində deyib.

Nazir sosial şəbəkədə ona tez-tez ünvanlanan istəklərdən də söz açıb. 

Qayıbov bildirib ki, nazir olandan sonra bir çox gənclər onunla işləmək üçün "Facebook" vasitəsi ilə müraciətlər ünvanlayıblar:

"Sosial şəbəkələrdən gələn məktublar arasında əsasən istəklər daha çoxdur. Hamı nəsə istəyir. Hamı heyyətimdə olmaq istəyir. Gənclər və İdman Naziri seçiləndən sonra ən populyar mesajlardır ki, biz sizin komandanızda olmaq istəyirik. Bəzi istəklər normaldır. Gənclərin təklifləri var. Çox sevinirəm ki, bizim çox aktiv gənclərimiz var. Bu aktivliyi nəinki Bakıda, hətta rayonlarımızda da görürəm. Bəzən rayona gəlirsən, elə gənclərlə rastlaşırsan ki,... Sözün açığı, nazir olmamışdan əvvəl bilməzdim ki, regionlarımızda da belə aktiv gənclərimiz var. Təbii ki, maraqlı əhvalat baş verib.

Olimpiya stadionuna futbolu izləməyə getmişdik. İndi xatırlamıram ya Qarabağ, ya da ki milli komanda oynayırdı. Fasilədə uşaqlarla çıxdıq zala. Şəkil çəkdirmək üçün bizə bir neçə gənc yaxınlaşdı.  Elə oldu ki, onların sayı çoxaldı. Beş-on nəfər oldu. Mən isə arda-arda onlarla şəkil çəkdirirdim. Gənclərdən biri şəkil çəkəndən sonra soruşdu ki, "Siz kimsiniz?" (gülür)".
Nazir, həmçinin başına gələn maraqlı əhvalat danışıb:

"Günlərin bir günü işə gedirdim. İdman Akademiyanın tələbələrindən biri məni tanıdı. O, mənimlə şəkil çəkdirmək üçün xahiş etdi. Bu anda bir xanım yaxınlaşıb dedi ki, siz Emin Əmrullayevsiniz (gülür)”.
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO