Xəbər verdiyimiz kimi, dünən Nepalın “Yeti Airlines” aviaşirkətinin sərnişin təyyarəsi Poxara şəhəri yaxınlığında qəzaya uğrayıb. Nəticədə göyərtədə olan 72 nəfərdən 68-i həlak olub, 4 nəfər ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Bizim.Media Nepalın “The Kathmandu Post” qəzetinə istinadən xəbər verir ki, təyyarə qəzasından bir neçə dəqiqə əvvəl çəkilən görüntülər yayılıb.
Videoda sərnişinlərdən biri telefonu ilə təyyarənin göyərtəsini və illüminatordan Poxara şəhərini yaddaşa köçürüb. Son saniyələrdə telefonun əsməsi təyyarənin qəza vəziyyətinə düşdüyündən xəbər verir.
Xatırladaq ki, Nepal hökuməti bu gün ölkədə matəm elan edib.
Bizim.Media