Rusiyanın Voronej şəhərində iki nəfərin ölümü ilə nəticələnən faciə yaşanıb.
Bizim.Media xəbər verir ki, Voronej şəhərində uşaq arabası ilə 5 aylıq körpəsini gəzintiyə çıxaran qadın fəlakətlə üzləşib.
Belə ki, ana-bala “Ulduzlu” kopleksinin önündən keçərkən pəncərədən yıxılan bir kişi arabanın üstünə düşüb. Nəticədə 5 aylıq uşaq və onun üzərinə düşən həmin şəxs həlak olublar.
Hadisə ilə bağlı cinayət işi qaldırılıb.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media