Bakıda yaşayış binasında yanğın oldu - VİDEO

Bakıda yaşayış binasında yanğın oldu - VİDEO

Hazırda oxunan: Bakıda yaşayış binasında yanğın oldu - VİDEO

107753

Bakı şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda yerləşən çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumat əsasında dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onaltımərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən taxta konstruksiyalı tikilidə baş verdiyi və genişlənərək mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq FHN qüvvələrinin həyata keçirdiyi operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənib mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində ümumi sahəsi 35kv.m olan tikilinin 6kv.m sahədə üzlüyü və 4m uzunluğunda rəf yanıb, mənzillər yanğından mühafizə olunub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO