23 il yaşamış Asəf Zeynallının dağılmış 90 yaşlı QƏBRİ – Ona sahib çıxan niyə tapılmır? –VİDEO

23 il yaşamış Asəf Zeynallının dağılmış 90 yaşlı QƏBRİ – Ona sahib çıxan niyə tapılmır? –VİDEO

Hazırda oxunan: 23 il yaşamış Asəf Zeynallının dağılmış 90 yaşlı QƏBRİ – Ona sahib çıxan niyə tapılmır? –VİDEO

107558

Bir neçə gün bundan qabaq sosial şəbəkə istifadəçiləri ot-ələf basmış qəbrin şəklini paylaşmışdılar. Bu mənzərə bizi buraya gəlməyə sövq etdirdi. Qəbrin otu, kol-kosu təmizlənsə də gördüyümüz mənzərə əslində çox sarsıdıcıdır. İnanmaq olmur ki, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev kimi dahilərin müəllimi olan Asəf Zeynallı Yasamal qəbirstanlığının bir küncündə beləcə tərk edilib.

Qəbir daşı belə köhnəlib, əldən-gözdən düşüb. Daşın üstündə isə hamımızın sevdiyi bir mahnının notları var... 

Bu mahnı böyük Cəfər Cabbarlının “Ölkəm” şeirinə yazılmış mahnının notlarıdır. İndi onun ölkəsinin vətəndaşı, səlahiyyət sahibləri ildə iki dəfə də olsa gəlib burada səliqə-səhman işi aparmağa vaxt tapa bilmir. Ən sarsıdıcı məqam isə odur ki, qəbr daşının üstündəki yazılardakı səhvləri düzəltməyə belə, onun canından çox sevdiyi ölkəsinin Mədəniyyət Nazirliyinin imkanı yoxdur.

Cəmi 23 il yaşamış böyük Azərbaycan oğlunun yolara baxaraq intizar çəkən 90 yaşlı bu qəbri indi bizim həm də vicdan abidəmiz deyilmi?

Bir tək məzar gördüm bir tənha yerdə,

Gördüm ki, bu məzar yollara baxır.

Bilmirəm ürəyim darıxdı birdən,

Yoxsa ki, elə bu məzar darıxır?!

Məzar darıxır...

Xuraman Rəhimova, Əfqan Pənahoğlu, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO